Bu ölkə Ermənistana 270 milyon dollarlıq silah satdı

Hindistan Ermənistana 270 milyon dollar dəyərində silahlar satacaq.

Metbuat.az “hraparak” qəzetinə istinadən xəbər verir ki, bu barədə Hindistan mediası məlumat yayıb. İki ölkə arasında müqavilə artıq imzalanıb. Məlumata görə, Hindistanın Ermənistana tədarük etmək istədiyi silahların əsas hissəsini “Pinaka” reaktiv yaylım atəş sistemləri və onların raketləri təşkil edir. Məlumata görə, “Pinaka” texniki göstəricilərinə görə, Rusiyanın “Uraqan” sisteminə uyğundur. “Pinaka” reaktiv yaylım atəş sistemlərinin mənzili 45-60 kilometrdir.

Ermənistana satılacaq silahların sayı barədə məlumat verilmir. Məlumatda bildirilir ki, Ermənistan bundan əvvəl də Hindistandan hərbi vasitələr və radarlar alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR