Deputat tıxaclardan yazdı:

"Metropolitenin özü-özünü maliyyələşdirilməsi üçün qiymətlərin 3-4 dəfə artması baş verə bilər. Bu isə mümkün deyil və etmək də olmaz. Çünki kasıbın istifadə etdiyi ucuz nəqliyyat metrodur".

Metbuat.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Razi Nurullayev öz feysbuk hesabında yazıb.

Deputat deyir ki, metro tikinitisi sürətləndirilməlidir. Maliyyə problemini aradan qaldırmaq üçün metro tikintisini dövlət büdcəsindən ayrılan vəsaitlə sürətləndirmək olar:

"Tıxaclar çox zamanımızı alır. İldən-ilə avtomobillər çoxalır, yollar isə yox. Bütün dünya belədir. Amma dünya buna çarəni ictimai nəqliyyatın keyfiyyətini artırmaqla və metro tikintisi ilə nail ola bilir. Vətəndaşın avtomobilindən düşüb ictimai nəqliyyata minməsi üçün gərək rahat və əlçatan ictimai nəqliyyat olsun.

Bir də metro tikintisini çox, lap çox sürətləndirməliyik. Layihə də təsdiq olunub. Sadəcə ciddi maliyyə mənbəyi lazımdır. Metro bizdə sosial layihədir, əslində.

Metropolitenin özü-özünü maliyyələşdirilməsi üçün qiymətlərin 3-4 dəfə artması baş verə bilər. Bu isə mümkün deyil və etmək də olmaz. Çünki kasıbın istifadə etdiyi ucuz nəqliyyat metrodur. Qalır bir yol. Metroya sosial layihə kimi yanaşıb metro tikintisini dövlət büdcəsindən tam olaraq maliyyələşdirmək".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR