Hüseyn Həsənov səfərbərliyə görə Rusiyadan qaçıb? -

Rusiyada yaşayan bloqçu Hüseyn Həsənov Azərbaycana səfərə gəlib.

Metbuat.az xəbər verir ki, məlumata görə, o, Rusiyanı tərk edib. İzləyicilər Hüseynin Azərbaycana gəlişini Rusiyada qəbul edilən qismən səfərbərlik qərarı ilə bağlayırlar.

Hüseyn isə bu barədə məlumatlara münasibət bildirib:

"Mənim iki vətənim var - Rusiya və Azərbaycan. Rusiya mənim doğulduğum və bütün həyatım boyu yaşadığım yerdir, digər vətənim isə Azərbaycandır, çünki mən azərbaycanlıyam. Ona görə də əgər vətənimdə lazım olsam, orada olacağam", - deyə bloqçu bildirib.

Qeyd edək ki, Azərbaycan əsilli bloqçunun Rusiyanı tərk etdiyi deyilib. Bir neçə saat sonra isə Hüseyn Həsənov öz "Instagram" səhifəsinin hekayə bölməsində hava limanından video paylaşaraq "bir neçə günlük atamın yanına və sonra geriyə evə" cümləsini yazıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR