Böyük Britaniyada üzərində yeni kralın təsviri olan pullar təqdim edilib -

Böyük Britaniyanın yeni kralı Kral Çarlzın portretini əks etdirən pulların dizaynı təqdim edilib.

Metbuat.az BBC-yə istinadən xəbər verir ki, 50 pens dəyərində olan sikkələr bir neçə həftə ərzində ümumi dövriyyəyə daxil olacaq.

Pulların üstündə əsrlər boyu davam edən ənənəyə uyğun olaraq kralın sola baxan portreti əks edilib. Lakin, əvvəlki Britaniya krallarından və Kraliçadan fərqli olaraq o, tac taxmır.

Sikkələr gələn həftənin əvvəlindən "The Royal Mint" tərəfindən kolleksiyaçılara satılacaq. 50 penslik pullar ilin sonuna qədər ümumi istifadə üçün hazır olacaq, banklar, tikinti cəmiyyətləri və poçt şöbələri tərəfindən tələbata uyğun olaraq paylanacaq.

Yeni pullar mərhum Kraliçanın təsviri olan pullarla birgə dövriyyəyə buraxılacaqlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR