AMEA işçilərinin sayı 3 mindən çox olacaq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) işçilərinin say həddi 3 510 nəfər müəyyənləşdirilib.

Metbuat.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin "Azərbaycan Milli Elmlər Akademiyasının strukturunun
və işçilərinin say həddinin təsdiq edilməsi haqqında" qərarında əksini tapıb.

Qərar Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanının 6.3-cü bəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR