Şəhid Ramal Məmmədov və Pərviz Məmmədovun anım günləri qeyd olunub -

01 oktyabr 2022-ci il tarixində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Vətən müharibəsi şəhidləri Ramal Məmmədov və Pərviz Məmmədovun anım günləri qeyd olunub.

Metbuat.az xəbər verir ki, anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, şəhidlərin ailə üzvləri, Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasıyeva, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev və rayon icra hakimiyyətinin məsul nümayəndələri iştirak ediblər.

Şəhid Ramal Məhəmməd oğlu Məmmədov 01 yanvar 2000-cı il tarixində Gəncə şəhərində anadan olmuşdur. Xocavənd və Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştrak etmiş, böyük şücayət göstərmişdir. Ramal Məmmədov 2020-ci il oktyabrın 1-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Şəhid kapitan Məmmədov Pərviz Ələddin oğlu 09 avqust 1989-cu il tarixində Tovuz rayonu Çeşməli kəndində anadan olmuşdur. Pərviz Məmmədov 2020-ci il sentyabrın 30-da Füzuli uğrunda döyüşlər zamanı şəhid olub.

Hər iki şəhid Qaradağ rayonu Lökbatan qəsəbəsində şəhidlər xiyabanında dəfin olunmuşdur.

Şəhidlər ölməz, Vətən bölünməz! Allah Şəhidlərimizə rəhmət eləsin!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR