Fransanın ABŞ-dakı səfiri: Holokost – fakt, “erməni soyqırımı” isə yalnız fikirdir

12:28 19 Yanvar 2015
104 Dünya
Ölkə mətbuatı
A- A+


Berlin, 19 yanvar, AzərTAc
Fransasnın ABŞ-dakı səfiri Jerar Aro (Gérard Araud) bu fikri Amerikanın MSNBC News teleşirkətinə verdiyi müsahibədə (bax: https://www.youtube.com/watch?v=_EmQbhh-40E videosunda 1:40-2:50 epizodu) söyləyib .
Səfir teleşirkətin aparıcısının sözlərinə bir qədər düzəliş verərək ona xatırladıb ki, Birinci Dünya müharibəsi dövrünə aid hadisələrin ermənilər tərəfindən şərhinin Fransada inkar olunmasını kriminallaşdıran qanun yoxdur, Holokostun bir fakt kimi inkar edilməsi isə cinayət kimi cəzalandırılır.
Xatırladaq ki, Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Doqu Perinçekin İsveçrəyə qarşı iddiası əsasında 2013-cü il dekabrın 17-də analoji məzmunlu hökm çıxarıb. O vaxt AİHM belə hesab edib ki, Holokostdan fərqli olaraq, Birinci Dünya müharibəsi dövründə baş vermiş hadisələr barədə ermənilərin dediklərinin soyqırımı faktı kimi qəbul edilməsi üçün zəruri şərtlərindən biri kimi nəinki beynəlxalq tribunalın verdikti, hətta bu haqda akademik mühitdə konsensus da yoxdur. Deməli, qondarma erməni soyqırımı “fakt” deyil, ya da yalnız ona inananlar üçün faktdır. Bəşəriyyətin qalan hissəsi isə nəinki bunun əksini düşünmək, həm də bu fikri ümumbəşəri söz azadlığı hüququ çərçivəsində açıq ifadə etmək hüququna malikdir.
Məhkəmənin bu hökmündən sonra İsveçrə hökuməti erməni lobbisinin təzyiqi altında apellyasiya şikayəti verib. Bu il yanvarın 28-də, yəni gələn həftə AİNM-nin ali instansiyası həmin şikayətə baxacaq. AİHM-nin əvvəlki qərarının dəyişdirilməsi ehtimalı, xüsusən bu yaxınlarda satirik jurnala qarşı terror aktı və söz azadlığının hamılıqla dəstəklənməsi ilə əlaqədar, son dərəcə azdır.
Beləliklə, erməni mif yaradıcılarının bu uydurmasının yüz illiyi ərəfəsində, çox güman ki, onların burnuna növbəti “hüquqi çırtma” vurulacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR