Futbol matçında dəhşət yaşandı: 127 nəfər öldü -

İndoneziyanın Malanq şəhərində stadionda iki futbol komandasının azarkeşləri arasında baş verən iğtişaşlarda azı 127 nəfər ölüb, 180 nəfər isə yaralanıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, iğtişaşlar “Arema” və “Persebaya” futbol komandaları arasında keçirilən oyunundan sonra başlayıb.

Polis əməkdaşlarının azarkeşlərə qarşı gözyaşardıcı qazdan istifadə etməsi izdihama səbəb olub. Ölənlər arasında iki polis əməkdaşı da var.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR