Azərbaycan XİN Koreyanı təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi Koreyanı Milli Gün münasibətilə təbrik edib.

Metbuat.az xəbər verir ki, bu barədə XİN-in tviter səhifəsində paylaşım edilib:

"Koreya Respublikasının Milli Günü münasibətilə Koreya Respublikasının hökumətinə və xalqına ən xoş arzularımızı və səmimi təbriklərimizi çatdırırıq.

Milli bayramınız mübarək, Koreya Respublikası!" - təbrikdə deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR