Xamenei ilk dəfə etiraz aksiyalarından danışdı -

İranın Ali dini lideri Ayətullah Əli Xamenei ölkədəki etiraz aksiyaları ilə bağlı ilk dəfə açıqlama verib.

Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, etiraz aksiyaları əcnəbilər tərəfindən planlaşdırılıb:

“Açıq şəkildə deyirəm ki, bu etirazlar və asayişin pozulması ABŞ ilə işğalçı, saxta sionist rejim və onların muzdlu agentləri tərəfindən bəzi xain iranlıların dəstəyi ilə həyata keçirildi”.

Qeyd edək ki, aksiyalar 22 yaşlı Məhza Əmininin polis nəzarətində ölməsindən sonra başlayıb. İddialara görə, əxlaq polisi “örtük qaydaları”nı pozduğuna görə nəzarətə götürülən Əmininə qarşı güc tətbiq edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR