“Fənərbaxça” prezidenti Ali Koçun atası “Beşiktaş” azərkeşi imiş -

Türkiyə Superliqasının 8-ci turu çərçivəsində keçirilən “Beşiktaş” - “Fənərbaxça” derbisindən sonra qonaqların prezidenti Ali Koçun atası Rahmi Koç açıqlama verib.

Metbuat.az “Ntvspor”a istinadən xəbər verir ki, o, qarşılaşmanı oğlu ilə birgə stadiondan izlədiyini ifadə edib. “Beşiktaş” azərkeşi olan Rahmi Koç derbinin heç-heçə bitməsinə görə məmnun olduqlarını ifadə edib. Ali Koç da oyundan sonra yazılı açıqlama verib.

“Atamın komandasıdır. Biz qardaşıq, çox gözəl qarşılandıq həmişəki kimi...” - Ali Koç yazıb. Ali Koç oyundan sonra imza istəyən “Beşiktaş” azərkeşlərinin istəyini geri çevirməyib.

Qeyd edək ki, qarşılaşmada qol vurulmayıb.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR