Məşhur Özbəkistanlı plastik cərrah Mirşod Atavullayev "Health Awards" layihəsində nominantlar arasında yer alıb

Azərbaycan-Özbəkistan münasibətləri qədim tarixə malikdir. Eynisoylu iki millət kimi ölkələrimiz arasında ictimai-mədəni həyatın bütün sahələrində uğurlu əməkdaşlıq əlaqələri qurulub. Bu sahələrdən biri də səhiyyə sektorudur.

İki qardaş ölkə arasında səhiyyə sahəsində əməkdaşlıq münasibətlərini gücləndirmək üçün “Millionaire Concept Network” biznes platformasının həyata keçirdiyi "Health Awards" layihəsində Özbəkistan səhiyyə nümayəndələri də iştirak edəcək.

Özbəkistanın plastik cərrahiyyə sahəsində peşəkarlarından biri də Mirşod Atavullayevdir. Plastik cərrahiyyə komplekslərdən azad olmaq və özündən əmin olmaq üçün edilən prodsedurlar toplusudur. Plastik cərrah isə öz elmi yığım və təcrübələrini ortaya qoyaraq insana olduğundan daha yaxşı görüntü verən mütəxəssisdir. Mirşod Atavullayev öz ölkəsində bu işi ən yaxşı bacaranlardandır.

Mirşod Atavullayev 1992-ci ildə Özbəkistanın Buxara şəhərində ziyalı ailəsində anadan olub. Babası cərrah olan Mirşod Atavullayev 2006-2009-cu illərdə alimlər və istedadlar məkanı olan Buxara şəhərində Tibb İnstitutunun bakalavr, 2009 – 2014-cu illərdə eyni institutda magistr səviyyəsini bitirib. O, 2014-2017 Daşkənd Həkimlərin Təkmilləşdirmə İnstitutunu, 2017-2018-ci illərdə isə “Plastik cərrahiyyə” ixtisası üzrə Buxara Dövlət İnstitutunun Doktorantura pilləsini bitirib.

12 illik təcrübəyə malik olanplastik cərrah bu günə kimi 5000-dən çox uğurlu əməliyyat həyata keçirib. Beynəlxalq təcrübəyə malik həkim Avropa ölkələrində keçirilən konfranslarda iştirak edib və sahəsi üzrəçoxsaylı sertifikatlara sahibdir.

Mirşod Atavullayev 29-30 oktyabr 2022-ci iltarixlərində Four Season Baku Oteldə baş tutacaq "Health Awards" layihəsində nominant kimi iştirak edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR