Azərbaycan Türkiyədə Birgə Maliyyə Strateji Sənədinin təqdimatına qatılıb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə İstanbulda keçirilən Birgə Maliyyə Strateji Sənədinin təqdimatında iştirak edib.

Metbuat.az xəbər verir ki, bu barədə nazir tviter hesabında məlumat verib.

"Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə İstanbulda keçirilən Birgə Maliyyə Strateji Sənədinin təqdimatında iştirak etdik. Sənəd qlobal çağırışlar fonunda maliyyə sisteminin alternativ maliyyələşdirmə alətləri vasitəsilə inkişafına, 2022-2025-ci illər ərzində hüquqi, idarəetmə və institusional infrastuktunun təkmilləşdirilməsinə önəmli töhfə verəcəkdir", - məlumatda qeyd edilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR