Rus əsgərin zorlama tarixçəsi

Rus əsgərin zorlama tarixçəsi
12:31 19 Yanvar 2015
362 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın 102-ci hərbi bazasının əsgərləri özlərini 1945-ci ildə Berlinə girmiş sovet əsgərləri kimi aparırlar. ANS PRESS-in məlumatına görə, bu barədə erməni jurnalist Hraçya Qalustyan rus əsgər Valeri Permyakovun Gümrüdə bir ailənin 6 üzvünü qətl etməsi xəbərini şərh edərkən bildirib. “Buna görə də baş verənlərdə təəccüblü heç nə yoxdur”,- deyə Hraçya Qalustyan vurğulayıb.

Sovet əsgərlərinin 1945-ci ildə Berlinə girməsi tarixçəsindən bəhs edən jurnalist alman qızlarının kütləvi zorlamaya məruz qalmasından danışır. Alman təyyarəçi Erix Hartmanın xatirələrindən bəhs edən Hraçya Qalustyan yazır ki, əsir düşən təyyarəçi bir gün davam edən kütləvi zorlamanın şahidi olub, rus əsgərlər atalarının və ərlərinin gözü qarşısında alman qadınları və qızları zorlayırmış. Əsgərlər onları zorlamaq üçün növbəyə dururmuş. Zorlamalar bəzən azyaşlıların ölümü ilə nəticələnirmiş.

Erməni jurnalist fikirlərini daha tutarlı etmək üçün satqın sovet rabitəçisi əsgəri Leonid Rabçevin Şərqi Prusiyada zorlamaların kütləviliyi ilə bağlı xatirələrinə istinad edib: “Evə girirsən, heç bir söz deməyə macal tapmırsan ki, alman qadın soyunaraq çarpayıya uzanır...”.

Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi Valeri Permyakova qarşı cinayət işi qaldırıb. Komitə onu Ermənistan Cinayət Məcəlləsinin 104-cü maddəsi ilə istintaqa cəlb etmək istəyir. Ermənilər Permyakov Ermənistanda mühakimə etmək istəyir, amma Moskva buna razılıq vermir. Rusiyanın 5-ci qarnizon məhkəməsi əsgərə qarşı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin iki maddəsi əsasında qətlə və fərariliyə görə cinayət işi qaldırılıb.

Valeri Permyakov yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvünü qətlə yetirib. Yalnız 6 yaşlı Seryoja sağ qalıb. Valeri Permyakovu Ermənistan - Türkiyə sərhədində yerləşən Bayandur kəndində Rusiya sərhədçiləri tutub.

Hadisə Ermənistanda Rusiya hərbi bazasına qarşı ciddi etirazlara səbəb olub. Yüzlərlə insan İrəvandan Gümrüyə axın edərək hərbi bazanın və Rusiya konsulluğunun qarşısında etiraz mitinqi keçirir. Hazırda davam edən aksiyada etirazçılarla polis arasında qarşıdurma yaşanır. Aksiyada Rusiya bayrağı ayaqlar altına atılaraq tapdanıb.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR