Döyülərək öldürülən Əlvanın oktyabrda toyu olacaqdı -

İyulun 6-da Sabunçu rayonun Nardaran qəsəbəsində 32 yaşlı Əlvan Hüseynov döyülüb. 4 gün xəstəxanada müalicə olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Metbuat.az İTV-yə istinadən xəbər verir ki, Əlvan tikintidə usta işləyirmiş. Hadisəyə səbəb isə Əlvanla bir neçə şəxs arasında anlaşılmazlıq olub. Əlvanın yanında fəhlə işləyən Vasif Bayramov şübhəli bilinərək saxlanılıb. Anası isə oğlunun ölümündə bir yox, bir neçə şəxsin əlinin olduğunu deyir.

Mərziyə Həsənova həmçinin qeyd edib ki, oktyabrda oğluna toy edəcəkmiş.

Daha ətraflı videoda:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR