Putin nüvə təhdidlərinə Avropadan GÖZLƏNİLMƏZ CAVAB -

“Rusiyanın Ukrayna və başqa ərazilərə nüvə silahı tətbiq edə biləcəyi barədə təhdidləri ciddi deyil”.

Metbuat.az xəbər verir ki, Polşanın Baş naziri Mateuş Moravietski belə açıqlama verib. O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna barədə strategiyasını nüvə təhdidləri ilə formalaşdırmaq istəyir. Baş nazir buna imkan verilməyəcəyini ifadə edib. O bildirib:

“Putin qəbələ qazanmağın tək yolunun gərginliyi artırmaq olduğuna inanır. Bizi də nüvə silahı tətbiq edə biləcəyinə inandırmaq istəyir. Lakin bu təhdidlər şantajdır. Biz tarixi yaxşı bilirik. Rusiyanın qarşısına başqa güc çıxanda geri addım atır. Putinin strategiyası parçala və hökmranlıq et siyasətindən ibarətdir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR