Ukrayna iranlıları ölkədən qovdu -

İranlı tələbələr Ukraynadan qovulub.

Metbuat.az xəbər verir ki, Ukrayna mənbələri belə iddia irəli sürüb. Məlumata görə, Kiyev İranın Rusiyaya PUA verməsinə cavab olaraq belə qərar qəbul edib. Ukraynadan deportasiya edilən tələbələrin sayı barədə məlumat verilməyib. İranlı tələbələr iddiaları təsdiq ediblər. Tələbələr bildiriblər ki, onların Ukraynadan qovulmasına səbəb kimi PUA məsələsi göstərilib və onların 3 il Ukraynaya girişinə qadağa qoyulub. Məsələ barədə rəsmi açıqlama yoxdur.

Qeyd edək ki, bundan əvvəl Ukrayna PUA məsələsinə görə, İran səfirini ölkədən qovmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR