"Bəzi ölkələr və onların səfirlikləri sosial şəbəkələrdəki videolarla bağlı birtərəfli mövqe tutur"

"Azərbaycanın siyasi rəhbərliyi bu məsələlərdə öz mövqeyini açıq-aydın ortaya qoyduğuna baxmayaraq bəzi ölkələrin səfirliklərinin bu işlərə belə müdaxiləsi ikili standartlardan xəbər verir".

Metbuat.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqində çıxışı zamanı deyib.

"Bizi narahat edən bir neçə məsələ var. Bəzi ölkələrin, onların Azərbaycanda olan səfirlikləri son zamanlar yayılan videolarla bağlı birtərəfli mövqe tuturlar. Bu faktlar var, amma araşdırma aparılmalıdır. Vətən müharibəsində biz 4 nəfəri məhkəmə məsuliyyətinə verdik və onlar məhkum edildilər. Amma belə videolar Ermənistan tərəfindən də var idi. Ermənistan tərəfi bir dəfə belə olsun nə bir bəyanat verdi, nə də rəsmi açıqlama. Bütün bunlara baxmayaraq biz sonrakı videoları da araşdırdıq. Azərbaycanın siyasi rəhbərliyi bu məsələlərdə öz mövqeyini açıq-aydın ortaya qoyduğuna baxmayaraq bəzi ölkələrin səfirliklərinin bu işlərə belə müdaxiləsi ikili standartlardan xəbər verir.

Son videolarla bağlı da araşdırma apardıq, saxdalıqlar da var. Hətta sərəncamımla həmin videolarla bağlı tam müstəqil istintaq qrupu yaradılıb, Baş Prokurorun və digər qurumların əməkdaşları buraya cəlb edilib. Amma vaxtından əvvəl Azərbaycan hökumətinə, hüquq-mühafizə orqanlarına, prokurorluğuna təcili araşdırma ilə təsir göstərmək yol verilməzdir. Belə bir mövqe varsa, Ermənistana da edilməlidir. Biz bu məsələlərə ikili, üçlü standart yox, vahid yanaşmanın tərəfdarıyıq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR