İranda aksiyalar zamanı ölənlərin sayı açıqlandı -

İranda keçirilən etiraz aksiyalarında ölənlərin sayı 182 nəfər çatıb.

Metbuat.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb. Bildirilir ki, bu, rəsmi rəqəmlər deyil. Rəsmi rəqəmlər bundan dəfələrlə azdır. Məlumat görə, aksiyalar İranın bütün iri vilayətlərini əhatə edib. Aksiyalar zamanı yüzlərlə insan xəsarət alıb. Xarici KİV-lərin məlumatına görə, polis etirazları dağıtmaq üçün daha sərt güc nümayiş etdirməyə başlayıb. Aksiyalar zamanı odlu silahdan da istifadə edilib.

Qeyd edək ki, aksiyalar hicab qaydalarını pozduğuna görə nəzarətə götürülən 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayıb. Əxlaq polisinin qadına qarşı güc tətbiq etdiyi irəli sürülür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR