Kərim Rəhim Rəhimlidən danışdı: "Bu dəqiqə o, qəbir əzabı ilə əlləşir" -

"Hazırda onun haqqında danışmaq istəmirəm, qoy qulağı torpağında olsun".

Metbuat.az xəbər verir ki, bunu Müğənni Kərim Abbasov qonaq olduğu "Səhər mərkəzi" verilişində mərhum müğənni Rəhim Rəhimli haqqında danışarkən deyib. Müğənni bildirib ki, Rəhimin dəfninə işləri olduğu üçün getməyib. Aparıcının "Bir paylaşım da etmədin?" sualına isə cavabında isə Kərim bunu etmək istəmədiyini deyib:

"Məzarını ziyarətə gedəcəm. Ölən günü elə haqqını halal etmişdim. Dedim, mənə qarşı nə etmisənsə, haqqı halal olsun. Qulağın torpağında olsun. Allah günahlarını bağışlasın. Bu dəqiqə o, qəbir əzabı ilə əlləşir. Son vaxtlar onun haqqında çox söz-söhbətlər gəzir. Hazırda onun haqqında danışmaq istəmirəm, qoy qulağı torpağında olsun. Qəbrini ziyarətə gedəcəyəm. Gedib onunla söhbət etmək istəyirəm"

Qeyd edək ki, mərhum müğənni ilə Kərim arasında bir zamanlar qalmaqal yaşanıb. Kərim Abbasov müsahibələrinin birində müğənni Niyam Salami ilə arasını R.Rəhimlinin vurduğunu iddia etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR