Tbilisi prospektində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Tbilisi prospektində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
13:03 25 Dekabr 2014
70 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Tbilisi prospektində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, bu gün axşam saat 22:00-dan Tbilisi prospektinin Şəfaət Mehdiyev küçəsi ilə kəsişmədən İzmir küçəsi ilə kəsişməyə qədər olan hissəsində yolun üfüqi nişanlanması işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR