OPEC-in qərarı ABŞ-ı qəzəbləndirdi -

“OPEC+ ölkələrinin neft istehsalını azaltmaq barədə qərarı bu sahəyə sabitlik gətirmək məqsədi daşıyır”.

Metbuat.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov belə açıqlama verib. O bildirib ki, qərar Rusiya və ya başqa ölkəylə həmrəylik nümayiş etdirmək üçün qəbul edilməyib. Peskovun sözlərinə neft ölkələri neft bazarında sabitlik olmasının tərəfdarıdır. Peskov Qərbin rus neftinin qiymətinə məhdudiyyət tətbiq etməsi barədə sanksiya qərarını da tənqid edib.

Qeyd edək ki, ABŞ-ın təzyiqinə baxmayaraq OPEC+ ölkələri neft hasilatını gündəlik 2 milyon barel azaltmaq barədə qərar qəbul edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR