"Azərişıq" Neftçalanın kəndində yenidənqurmaya 2 milyon manatdan çox pul qoyacaq

"Azərişıq" ASC Paylayıcı Elektrik Şəbəkələrində itkilərin azaldılması məqsədilə Neftçala rayonunun Aşağı Surra kəndində elektrik xərclərinin yenidən qurulması işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Metbuat.az bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.

Tenderin qalibi "Şans Construction" MMC-dir. Qalib şirkətə 2,618 milyon manat ödəniləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR