Lavrov yenə COŞDU:

"Prezident Volodimir Zelenskinin nüvə silahı da daxil olmaqla, bəyanatlarına baxmayaraq, NATO və Avropa Ukraynanın bu “sədasına rəqs edib” və onlara hərbi yardım göstərməkdə davam edirlər".

Metbuat.az xəbər verir ki, bu açıqlama ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edib. Lavrov deyib ki, Şimali Atlantika Alyansı Avropa ilə birlikdə Ukrayna hakimiyyətini “dəli fantaziyalara” təşviq edirlər.

“Bildiyiniz kimi, dünən qondarma Avropa Birliyinin şurası çağırıldı, bu, prezident Makronun təşəbbüsü idi və bunun ardınca Aİ diplomatiyasının rəhbəri (Josep - red.) Borrell qürurla elan etdi ki, formalaşma prosesi gedir. Rusiyanın iştirakı olmadan yeni təhlükəsizlik strukturu başlayır”, - deyə diplomatik idarənin rəhbəri bildirib..

Lavrov onu da qeyd edib ki, ABŞ müttəfiqləri ilə birlikdə Kiyevə silah tədarükü ilə bağlı beynəlxalq gərginliyə görə məsuliyyət daşıyır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR