Roberto Karlosun yeni klubunda ilk transferləri

Roberto Karlosun yeni klubunda ilk transferləri
12:32 19 Yanvar 2015
131 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin "Akhisar Belediyespor" klubu Roberto Karlosun dönəmində ilk transferlərini reallaşdırıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, gənc mütəxəsis 2 portuqaliyalı futbolçunu "Akhisar"a gətirib. Bunlar "Sporting"in keçmiş yarımmüdafiəçisi Kuştodio və dünən "West Ham United"dən ayrılan Rikardo Vaş Tedir. Kuştodio ilə 1.5 illik müqavilə imzalanıb. Vaş Te isə mövsümün sonuna kimi "Akhisar Belediyespor"un şərəfini qoruyacaq.
 
Qeyd edək ki, 31 yaşlı Kuştodio "Dinamo Moskva", "Vitoria Guimaraes" və "Braga" klublarında da çıxış edib. 28 yaşlı Vaş Te isə 2012-ci ildən "West Ham"in formasını geyinirdi. O, London klubunun heyətində çıxdığı 50 oyunda rəqib qapılarını 17 dəfə dəqiq nişan alıb.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/319780.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR