Ərdoğandan mühüm açıqlama -

“İlk işimiz PUA-ları Şimali Kipr Türk Respublikasına yerləşdirmişdik. Hazırda PUA-larımız oradadır və yenə oxşar həmlələr ola bilər”.

Metbuat.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kipr adasındakı vəziyyətlə bağlı danışarkən belə deyib. Jurnalistin “Kiprə silah embarqosu qaldırıldı. Baza yaradılacağı barədə iddialar var. Bəs Türkiyənin buna cavab olaraq adada baza qurmaq planı varmı?” sualına Ərdoğan belə cavab verib:

“Bu məsələdə bilirsiniz ki, hələ heç kimin düşünmədiyi bir vaxtda PUA-larımızı oraya yerləşdirdik. Yenə oxşar həmlə edə bilərik. Bunun olması da onsuzda haqqımızdır. Şimali Kipr Türk Respublikasını 4 tərəfdən müdafiə etməklazımdır. Onsuzda bizim torpaqlarımızdan təyyarələr qalxan kimi anında oradadırlar”.

Qeyd edək ki, ABŞ Kipr respublikasına qarşı silah embarqosunu ləğv edib. Ekspertlər bu həmlədən sonra ABŞ-ın adada hərbi baza yaradacağını deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR