Amerika Gəmiçilik Bürosu ASCO-nun Təlim Tədris Mərkəzində növbəti auditi bitirib -

Amerika Gəmiçilik Bürosunun “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Təlim Tədris Mərkəzində (TTM) apardığı növbəti audit yekunlaşıb.

Metbuat.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, iki gün davam edən illik audit yoxlanışını Amerika Gəmiçilik Bürosunun Bakı ofisinin nümayəndəsi Ryan Salamati aparıb.

Audit nəticəsində daha beş yeni təlimin TTM-də keçirilməsi təsdiqlənib. Belə ki, ABS “Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat təliminin proqramı üzrə təlimatçıların hazırlığı, “Sürətli olmayan xilasedici qayıqlar və sallar üzrə mütəxəssis təlimatçılarının hazırlığı, “Əmniyyətli İdarəetmə Haqqında Beynəlxalq Məcəllə təlimatçılarının hazırlığı, “Gəmi və liman vasitələrinin mühafizəsi üzrə mütəxəssis təlimatçılarının hazırlığı” və xüsusi təyinatlı ECDİS ( NavMaster) təliminin keçirilməsinə icazə verib.

TTM-də dənizçilərin sertifikatlaşdırılması üçün təlimlər keçirilməsi, onların praktik məşqləri və qiymətləndirilməsi xidmətləri göstərilir. Mərkəz müasir auditoriyalardan ibarət olmaqla, həmçinin ən son model trenajor, üzgüçülük hovuzu və dənizçilik avadanlıqları ilə təchiz edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR