Bakıda ailə faciəsi:

Bakının Sabunçu rayonunda ailə-məişət zəminində baş vermiş dava zamanı iki nəfər bıçaqlanıb, bir nəfər isə özünü yandırıb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, Hacıyev Əfqan Xanlar oğlunun həyat yoldaşı evdən çıxaraq anasının yaşadığı Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə küçəsində yerləşən evə gəlib. Ə.Hacıyev barışmaq məqsədilə qayınanasının yaşadığı ünvana gəlib. Lakin 1969-cu il təvəllüdlü Xanım Xalıqova qızının boşanmağını təklif edib.

Bundan hiddətlənən Ə.Hacıyev əvvəlcə benzin içib, daha sonra öz üzərinə benzin tökərək yandırıb. Bunu eşidən Ə.Hacıyevin qardaşı Rüfət Hacıyev sözügedən ünvana gəlib. O, qardaşının yanıq xəsarətləri aldığını görərək Xanım Xalıqova iki bıçaq zərbəsi vurub.

Daha sonra R.Hacıyev X.Xalıqovun qardaşı 1963-cü il təvəllüdlü Rüstəm Babayevə də bıçaq zərbəsi vurub. Bıçaqlanan şəxslər 3 nömrəli xəstəxanaya yerləşdirilib.

Özünü yandıran Ə.Hacıyev 2-ci dərəcəli yanıq diaqnozu ilə Yanıq Mərkəzinə çatdırılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR