Bakıda xadimə işlədiyi evdən 28 min manatlıq oğurluq edib

Bakıda evdən qızıl-zinət oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən xəbərə görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə M.Ə.Rəsulzadə qəsəbəsindəki mənzillərin birindən cari il avqust ayının 20-dən oktyabr ayının 6-dək olan müddətdə 28.000 manat dəyərində qızıl-zinət əşyaların oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmin mənzildə xadimə işləyən Salyan rayon sakini İ.Həsənova saxlanılıb. Araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR