Arvadını boğaraq öldürən sabiq polis əməkdaşının apellyasiya məhkəməsi başlayıb

12:32 19 Yanvar 2015
80 Digər
Ölkə mətbuatı
A- A+

[ 19 Yanvar 2015 12:27 ]

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Dilavər Əhmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası keçirilib.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatı dəqiqləşdirilib. 

 

Məhkəmənin baxış iclası yanvarın 30-na təyin edilib.

 

Qeyd edək ki, D. Əhmədov yaşadığı evdə həyat yoldaşı Gövhər Əhmədovanı boğaraq öldürüb. O, Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə D. Əhmədov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan G. Əhmədovanın ailəsi isə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib.

 

Onu da qeyd edək ki, D. Əhmədov bir müddət polis əməkdaşı olub. Daha sonra isə xəstəliyi ilə əlaqədar təqaüdə çıxıb.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR