Putin Krım körpüsünün bombalanmasının qisasını belə aldı -

Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə və ölkənin digər vilayətlərinə hücumları zamanı azı 12 nəfər həlak olub, 49 yaralı var.

Metbuat.az xəbər verir ki, bu barədə Ukraynanın rəsmi mənbələri məlumat yayıb. Bildirilir ki, təkcə Kiyevin Şevçenskivskyi rayonunda bir neçə partlayış səsi eşidilib.

Qeyd edək ki, hücumların Krım körpüsünün bombalamasından sonra təşkil edilməsi diqqət çəkir. Rusiya Prezidenti Vladimir Putin Krım körpüsünün bombalanmasını “terror hücumu” adlandırmışdı.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR