“İrəli” Media Mərkəzi könüllülük proqramı elan edir

“İrəli” Media Mərkəzi gənclərin media sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə könüllülük proqramı elan edir.

Metbuat.az xəbər verir ki, proqram ilkin dizayn bilikləri, fotoqrafiya, videoqrafiya, sayt idarəçiliyi, sosial media idarəetməsi və kopirayter istiqamətlərinə həvəsli, motivasiyalı gənclər üçün nəzərdə tutulub. İlkin qeydiyyat və müsahibə mərhələlərini uğurla başa vurmuş iştirakçılar 3 ay müddətində bu sahədə özünü daha da inkişaf etdirərək, real iş mühitində təcrübə qazanmaq imkanı əldə edəcəklər.

Proqrama 17-25 yaş aralığında, təşəbbüskar, motivasiyalı, məsuliyyətli və komanda ilə işləmə bacarığına sahib olan gənclər qatıla bilərlər. Könüllülük proqramını uğurla başa vuran gənclər şəhadətnamə ilə təltif olunacaqlar.

Qeyd edək ki, könüllülük proqramı ödənişsiz şəkildə həyata keçirilir və müraciətlərin qəbulu 15 oktyabr 2022-ci il tarixinədək davam edəcək. Qeydiyyatdan keçmək istəyən gənclər aşağıdakı linkə keçid edə bilərlər: https://bit.ly/3MqO7A8


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR