Rusiya Odessanı bombalamağa başladı

Rusiya ordusu Odessa vilayətinə hava hücumlarına başlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Odessa hərbi dairəsinin rəhbəri Vitali Kim açıqlama verib. Onun sözlərinə görə, Rusiya liman şəhəri Odessaya bir neçə raket atıb. Müdafiə sistemlərinin işə düşdüyü bildirilir. Lakin bir neçə raket şəhərə düşüb, partlayış səsləri eşidilib. Fəsadlar barədə məlumat yoxdur.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hava hücumlarının 3-cü həmləsinin başladığı barədə xəbərdarlıq edilmişdi. Prezident Vladimir Zelenski sakinləri sığınacaqları tərk etməməyə çağırmışdı. Odessadan əvvəl Kiyevlə yanaşı Ukraynanın 5 vilayətinə hücumlar edilib. 12 ölü, 50-yə qədər yaralının olduğu deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR