Kadırovdan dinc insanların ölməsinə ŞOK REAKSİYA -

Çeçenistan rəhbəri Ramzan Kadırov Ukrayna Prezidenti Vladimir Zelenskiyə xəbərdarlıq edib.

Metbuat.az xəbər verir ki, Kadırov bu hücumların hələ başlanğıc olduğunu ifadə edib. Kadırov Zelenskiyə çağırış da edib:

“Budur, indi xüsusi əməliyyatın təşkil edilməsindən yüz faiz məmnunam. Sən edə bilərsən, elə bilirsən ki, başqaları edə bilməz. Raketlər sənin başına doğru gələndə birdən-birə bunun qadağan olduğu yadına düşdü? Sənə xəbərdarlıq etmişdik Zelenski, Rusiya hələ real gücünü göstərməyib. Dolayısı ilə zavallı kimi şikayət etməyi burax və raketlər səni hədəfə almadan arxana baxmadan Qərbə qaç”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR