Putinin Ukraynaya təyin etdiyi yeni komandanın ilk həmləsi ŞOK ETDİ -

Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı hərbi əməliyyatlara yeni komandan təyin etdiyi general Sergey Surovokin barədə diqqətçəkən məlumatlar üzə çıxıb.

Metbuat.az xəbər verir ki, Sergey Surovokin buna qədər bir sıra şiddətli döyüşlərin komandanı kimi tanınır. Surovokin Suriyanın Hələb şəhərində irimiqyaslı bombardmanların əmrini verib. Çeçenistandakı hərbi əməliyyatlar zamanı şəhərə raket zərbələrinin endirilməsi barədə qərarın verilməsində də Sergey Surovokin əsas fiqur olub. Surovikin 2013-2017-ci illərdə Rusiya ordusunun Şərq Hərbi Birləşməsinin komandanı işləyib. O, Suriyadakı rus qüvvələrinə rəhbərlik edib. Rusiyanın Ukraynaya hücumundan sonra Surovikin “Cənub” ordular qrupunun komandanı işləyib.

O, həmçinin 2017-ci ildən bəri Rusiya Hava-Kosmik qüvvələrinin komandanıdır. Ümumiyyətlə Rusiya ordusunda Surovikin böyük nüfuzu var. Surovikinin təyinatından sonra ilk əmri Ukraynaya irimiqyaslı raket zərbələri endirmək barədə olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR