Hikmət Hacıyev Gəncə terrorunun ildönümü ilə bağlı paylaşım edib

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncənin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasının ikinci ildönümü ilə bağlı paylaşım edib.

Metbuat.az-ın xəbərinə görə, o, həmin hadisənin müharibə cinayəti olduğunu vurğulayaraq yazıb:

"2020-ci ildə 44 günlük müharibə zamanı Ermənistanın hərbi rəhbərliyi mülki əhali arasında maksimum itki vermək məqsədi ilə Gəncə, Bərdə, Tərtər, Azərbaycanın digər şəhərlərini qəsdən və ayrı-seçkilik etmədən ballistik raket zərbələri ilə bombalamağı əmr etdi".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR