Daha bir müəllimin səs yazısı yayıldı:

Azərbaycanda daha bir müəllimin səs yazısı yayılıb.

Metbuat.az xəbər verir ki, səsyazısını təhsil eksperti Elçin Əfəndi teleqram kanalında paylaşıb.

Belə ki, Saray qəsəbəsi, 2 saylı məktəbin 7ç sinfinin müəllimi onu təbrik etməyən şagirdlərə və onların valideynlərinə müraciət edib:

"Məni tək-tək gəlib sayıb, hörmət etdilər, siz də edə bilərdiniz. Direktor əlinizin ovcunu iyləməzdi. Söhbət puldan getmir, ürəyinizdən gəlməyib. Mən bu 7ç sinfinə necə yanaşmışamsa, bir Allah bilir. Bu da nəticə. Bundan sonra kim mənə necə hörmət qoyubsa, elə hörmət görəcəklər, uşaqlara da elə davranacam".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR