Bu dərman tapılmır, 1 manatdan 200 manata qalxıb -

"Mənə bir neçə həkim zəng edərək ciddi bir problemdən bəhs edib. Adrenalin nədir ki, tapılmasın? Buna görə müəyyən cərahiyyə əməliyyatları təxirə salınır. Adrenalin apteklərdə 1 manat 50 qəpiyə satılırdı, indi 150-200 manat olduğu bildirilir".

Metbuat.az xəbər verir ki, bu sözləri Milli Məclisin iclasında çıxış edən deputat Rüfət Quliyev deyib.

Deputat bildirib ki, eyni zamanda Qlükoza, Natrium xlorid, fizioloji dərmanlar tapılmır:

“Mən araşdırma zamanı gördüm ki, bu dərmanları gətirmək üçün böyük prosedur qaydaları keçmək lazımdır. Eyni zamanda daha ciddi problem Rusiya-Ukrayna müharibəsidir. Əgər bu dərmanlar Türkiyədə satılırsa, onu rahat Azərbaycana gətirib, problemi həll edə bilərik”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR