Hüseynin toyu olacağı restoranda yas mərasimi oldu -

Dünən Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alarkən şəhid olan Nəcəfzadə Hüseyn Abbasqulu oğlunun doğum günü idi. Hüseyn şəhid olmazdan əvvəl elə doğum günüdə özünə toy edəcəkdi. Nəcəzafzadənin atası hətta toy üçün şadlıq sarayı ilə belə danışmışdı.

Metbuat.az xəbər verir ki, lakin həmin restoranda Hüseynin nə toyu, nə doğum günü qeyd edildi. Şəhidin ailəsi və yaxınları həmin restoranda yas mərasimi təşkil edərək onu anıblar.

Qeyd edək ki, Hüseyn Nəcəfzadə 2020-ci ilin sentyabrın-noyabr aylarında Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə savaşıb. Prezident İlham Əliyevin Sərəncamlarına əsasən "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Hüseyn Nəcəfzadə 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.

Şəhid baş leytenant Saray qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunub.

Allah rəhmət eləsin!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR