ABŞ-dakı səfirimiz hücumla bağlı paylaşım etdi -

Xəbər verdiyimiz kimi, oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycan Respublikasının Vaşinqtondakı səfirliyinin xidməti avtomobilinə atəş açılıb. XİN-dən verilən məlumata görə, baş vermiş hadisə ilə bağlı diplomatik nümayəndəliyimiz tərəfindən dərhal ABŞ müvafiq qurumlarına məlumat verilib, kamera görüntüləri qarşı tərəfə təqdim edilib.

Metbuat.az xəbər verir ki, Azərbaycanın Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri İbrahim Xəzər tviter hesabında bu barədə paylaşım edib.

O, XİN-in rəsmi məlumatı paylaşaraq "Səfirliyimizin avtomobilinə çox qorxulu hücum" yazıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR