Putinin nüvə silahından istifadə edəcəyinə inanmıram -

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinin nüvə silahından istifadə edəcəyinə inanmır.

Metbuat.az xəbər verir ki, bu barədə Bayden CNN televiziyasına müsahibəsi zamanı deyib. O bildirib ki, nüvə silahının tətbiqi dünya müharibəsinə yol aça bilər.

“Bunu edəcəyini düşünmürəm. Ancaq dünyada ən çox nüvə silahına sahib dünya liderinin Ukraynada nüvə silahından istifadə edə biləcəyi barədə açıqlaması məsuliyyətsizlikdir” - Bayden deyib.

Qeyd edək ki, Bayden bundan əvvəl Rusiyanın Ukraynada nüvə silahından istifadə edə biləcəyinə irəli sürmüşdü.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR