Neftin qiyməti ilə bağlı narahatlıq var -

“ABŞ Prezidenti Co Bayden OPEC-in qərarından sonra Səudiyyə Ərəbistanı ilə münasibətləri nəzərdən keçirir”.

Metbuat.az xəbər verir ki, “Ağ ev”in Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi belə deyib. O bildirib ki, OPEC-in neft hasilatını azaltması ilə bağlı qərarından sonra Bayden Səudiyyə Ərəbistanı ilə münasibətləri yenidən nəzərdən keçirmək barədə qərar verib.

Qeyd edək ki, ABŞ-ın təzyiqinə baxmayaraq OPEC+ ölkələri neft hasilatını gündəlik 2 milyon barel azaltmaq barədə qərar qəbul edib. Bu qərar neftin qiymətinin artacağı barədə narahatlıq yaradıb. Kremldən məsələ barədə açıqlamada bildirilib ki, qərar Rusiya və ya başqa ölkəylə həmrəylik nümayiş etdirmək üçün qəbul edilməyib. Neft ölkələri neft bazarında sabitlik olmasının tərəfdarıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR