"AŞPA-da Soros şəbəkəsi bizə qarşı yeni proseslərə start verib" -

Mühüm danışıqlar , hadisələr ərəfəsi həmişə olduğu kimi AŞPA-da Soros Fondunun maliyyələşdirdiyi deputatlar, icraçı erməni məmurlar və qht-lərin şəbəkəsi bizə qarşı yeni proseslərə start verib”.

Metbuat.az xəbər verir ki, bu fikirləri politoloq Yeganə Hacıyeva deyib. Onun sözlərinə görə dünən AŞPA-nın Hüquq məsələləri və İnsan Hüquqları Komitəsində Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyatına və təhlükəsizliyinə təhdidlər - “Threats to life and safety of journalists and human rights defenders in Azerbaijan” mövzusu müzakirə edilib.

Yeganə Hacıyeva

"Komitə məsələni araşdırmaq və hesabat hazırlamaq üçün Böyük Britaniyalı deputat Hanna Bardelli məruzəçi təyin edib. Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyatına və təhlükəsizliyinə təhdidlərlə bağlı AŞPA-nın bir qrup deputatı yay sessiyasında qətnamə layihənisinin hazırlanmasına çağırmışdılar. Deputat Hanna Bardell növbəti iki il ərzində bu məsələni araşdıraraq AŞPA üçün hesabat hazırlamalıdır. Dünya gözümüzün önündə dəyişir, dəyişməyən elə siyasi-iqtisadi lobbi qrupların poliqonuna çevrilən AŞPA kimi beynəlxalq təsisatlardır", - deyə Y.Hacıyeva qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR