“Zəfər havası” qısa oldu -

Rusiya Ukrayna torpaqlarını ilhaq edəndən sonra Kreml bunu “uğur” kimi təqdim etdi. Lakin həm “Şimal axını” borularındakı təxribatlar, həm də Krım körpüsünün vurulması Rusiya mediasında və ictimaiyyətdəki müsbət əhval-ruhiyyəni tərsinə çevirib.

Metbuat.az xəbər verir ki, artıq bir neçə gündür hökümətyönlü qəzetlər belə Kremlə qarşı tənqidlər səsləndirirlər. “Russia Today” kanalının baş redaktoru Marqarita Simonyan Rusiya ordusunun Ukraynanın şərq cəbhələrində geri çəkilməsini tənqid edib. O, bu vəziyyəti “Rusiya xalqının alçaldılmasına icazə vermək” kimi dəyərləndirib.

Kremlin qeyri-rəsmi sözçüsü Vladimir Solovyev də Ukraynadakı uğursuzluğu tənqid edənlər arasındadır. Solovyev cəbhədən yüksək rütbəli hərbçilərin qaçdığını ifadə edib. Solovyev cəbhədən qaçan zabitləri intihar etməyə səsləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR