Astanadakı toplantıdan dünyaya mesaj:

Qazaxıstanın paytaxtı Astandan keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında liderlərin qarşısındakı su qablarının üzərində olan yazı jurnalistlərin diqqətini çəkib.

Metbuat.az xəbər verir ki, su qablarının üzərində “Turan” yazılıb. Bəzi ekspertlər hesab edir ki, bu, təsadüfi deyil. Bildirilir ki, illərdir türk dövlətlərinin “Turan” planının olduğu sirr deyil. Eskpertlər son günlər türk dövlətləri arasındakı əməkdaşlığı daha da sıxlaşdırılan müqavilələrin imzalanmasına diqqət çəkir.

Dünyada ciddi siyasi və iqtisadi böhranın olduğu bir vaxtda türk dövlətlərini yeni nizam formalaşdırmaq istəməsi diqqət çəkir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR