Ərdoğan Putinə bu təklifi etdi -

“Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə görüş zamanı mümkün Moskva-Qərb görüşünün formatı ilə bağlı təklif edəcəyi gözlənilir”.

Metbuat.az xəbər verir ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Prezidentlərin görüşündən əvvəl belə diqqətçəkən açıqlama verib. O deyib:

“Ərdoğanın vasitəçilik təklif edəcəyini gözləyirik. Ərdoğanın hazırda mətbuatda yer alan fikirlərini rəsmi şəkildə Putinə təqdim edəcəyini gözləyirik. Rusiya ilə ABŞ və Qərbin əsas ölkələri arasında müxtəlif vasitəçilik planları gündəmdədir. Bir sıra siyasətçilər türklərin Ukrayna probleminin həll edilməsi barədə başqa təşəbbüslər göstərməyə hazır olduğunu deyir. Ümid edirəm faydalı müzakirə olacaq”.

Qeyd edək ki, Astanada Ərdoğan və Putin arasında görüş keçirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR