Ərdoğan-Putin görüşü barədə ŞOK AÇIQLAMA:

“Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında görüş zamanı Ukrayna məsələsi müzakirə edilməyib”.

Metbuat.az xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov açıqlama verib. O bildirib ki, Prezidentlər əsasən iki ölkə arasında münasibətləri müzakirə edib, enerji məsələlərini nəzərdən keçirib. Məlumata görə, Putin Rusiya təbii qazının Avropaya tədarükü üçün Türkiyədə mərkəz qurulmasını təklif edib və Türkiyədə tərəfi müsbət cavab verib.

Qeyd edək ki, Asatanada keçirilən görüş 1 saat yarım davam edib. Görüşdən əvvəl Ukrayna məsələsinin gündəmə gələcəyi və müsbət mesajların verilə biləcəyi barədə xəbərlər var idi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR