Pişiyi yemləmək istəyən uşaq faciəvi şəkildə öldü -

Türkiyənin İzmit bölgəsində pişiyi yemləmək üçün maşının altına girən uşaq faciəvi şəkildə vəfat edib.

Metbuat.az NTV-yə istinadən xəbər verir ki, 4 yaşlı Umud avtomobilin altında oturan pişiyə çörək vermək istəyib. O, yavaşca pişiyə yaxınlaşıb. Bu zaman isə maşın qəfil hərəkət edərək onu əzib. Uşaq xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Məlum olub ki, maşını hərəkətə gətirən şəxs elə azyaşlının qohumu olub.

Faktla bağlı araşdırma aparılır.

Kedi beslerken otomobilin altında kalan çocuk öldü


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR