Ceyhun Bayramov Türkiyəyə başsağlığı verdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə başsağlığı verib.

Metbuat.az xəbər verir ki, nazir bu barədə tviterdə yazıb.

“Qardaş Türkiyənin Bartın şəhərində mədəndə partlayışda həlak olanlara Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbr diləyirik. Yaralıların tezliklə sağalmasını, mədəndə dağıntılar altında qalmış insanların qurtarılmasını arzulayırıq. Başın sağolsun, Türkiyə”, - paylaşımda deyilir.

Xatırladaq ki, Türkiyənin Bartin vilayətində kömür mədənində bu gecə baş verən partlayış nəticəsində 28 nəfər ölüb, 11 yaralının isə müalicəsi davam edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR