İstanbuldan Bakıya gələn təyyarə geri eniş etdi

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-076 nömrəli İstanbul-Bakı reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən (ön şüşənin çatlaması) uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Bu barədə Metbuat.az-a AZAL-ın Mətbuat xidmətindən bildirilib.

Təyyarə yerli vaxtı ilə saat 13:50-də İstanbul hava limanına uğurla eniş edib.

Sərnişinlərin daşınması üçün Bakıdan digər təyyarə yola düşəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR